İŞİD uşaqlar arasından məcburi əsgər seçir
İyul 27, 2015 11:10 Asia/Baku
-
İŞİD uşaqlar arasından məcburi əsgər seçir
İŞİD terror qruplaşması 217 iraqlı uşağa partlayış törətmək üçün təlim keçir.
Səhər Beynəlxalq Televiziya İraqın əl-Məlumə Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İraqın Mosulda yerli bir rəsmisi deyib: İŞİD terrorçularının sayının güclü şəkildə azalması ilə bu terror qruplaşması uşaqlar arasında məcburi əsgərlər seçməyə başlayıb.O əlavə edib: İŞİD terror qruplaşması 10-15 yaşlı 217 uşağa terror aktları törətmək üçün təlimlər keçir.
Yerli rəsminin sözlərinə görə, bu uşaqlar terrorçuların əqidə dərslərini öyrəndikdən sonra, silahdan istifadə və terror aktını törətməyi öyrənirlər.
İraq rəsmisi əlavə edib: İŞİD döyüşlərdə, partlayış əməliyyatlarında çoxlu sayda terrorçunun ölməsi və bir qrup terrorçunun da qaçmasından sonra bu qərarı verib.
İŞİD terror qruplaşması ötən günlərdə də terror aktları törətmək üçün Neynəva vilayətində 180 uşağı seçib.