İyul 29, 2015 19:49 Asia/Baku
  • Dünya müsəlmanları Ərəbistanda müqəddəs məkanların dağıdılmasına etiraz edirlər
    Dünya müsəlmanları Ərəbistanda müqəddəs məkanların dağıdılmasına etiraz edirlər

ABŞ-ın müxtəlif şəhərləri, o cümlədən Vaşinqtonda və dünyanın London, Karaçi, Heydərabad və Melborn kimi bir sıra digər şəhərlərində müsəlmanlar Ali-Səud rejimi tərəfindən müqəddəs məkanların sistematik şəkildə dağıdılmasına etiraz ediblər.

Səhər Beynəlxalq Televiziyasının Associated Press İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, dünyada bir sıra şəhərlərdə fəallar Ərəbistanın müqəddəs məkanları sistematik şəkildə dağıtmasına etiraz olaraq yürüş keçiriblər.
Vaşinqton, Los-Anceles, Hoston, Nyu-York, London, Melborn, Karaçi və Heydərabadda yüzlərlə nəfər yürüş keçirərək Ər-Riyadı müsəlmanlar üçün xüsusi əhəmiyyət kəsb edən Mədinədəki Bəqi qəbiristanlığına qədər müqəddəs məkanları təmir etsin.
Məlumata görə, təxminən 1 əsrdir ki, müqəddəs məkanların dağıdılması prosesi davam edir. Lakin etirazçılar deyirlər ki, bu proses son illər ərzində daha da sürətlənib və Ərəbistan hökuməti Məkkə və Mədinədə diqqəti cəlb edəcək dəyişikliklər yaratmaq niyyətindədir.
Ali-Səud krallıq ailəsi 1925-ci ildə Bəqi qəbiristanlığında olan məzarları dağıtdı və bildirdi ki, bu hərəkət qeyri-islamidir və onları adsız daşlarla dəyişdirdi.
Vəhhabilər həmçinin İraqda şiə imamlarının ziyarətgahlarını dağıtdılar ki, bu hərəkət dünya şiələrinin sərt etirazları ilə üzləşdi.
Ərəbistan vəhhabiləri dini məkanlar və məqbərələrin ziyarətinə sərt şəkildə qarşıdırlar.

Teqlər