İyul 30, 2015 10:28 Asia/Baku
  • Ermənistanda etirazlar davam edir
    Ermənistanda etirazlar davam edir

Ermənistan vətəndaşları hələ də elektrikin qiymətinin artırılmasına etiraz edirlər.

Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, yüzlərlə Ermənistan vətəndaşı elektrikin qiymətinin bahalaşması ilə bağlı hökumətin qərarına etiraz olaraq aksiya keçirib. Aksiya təşkilatçılarının rəhbərlərindən biri David Sanasaryan polislə qarşıdurmada ağır yaralanıb.
Etirazçılar bildiriblər ki, avqustun birinə qədər onların tələblərinə etinasızlıq olduğu halda, İrəvan şəhərinə bitişən bütün yolları bağlayacaqlar.
Ötən 19 iyundan indiyə qədər minlərlə erməni İrəvanın mərkəzinə toplaşaraq elektrikin qiymətinin 16% artırılmasına dair hökumətin qərarına etiraz edir.
Ermənistan prezidenti Serj Sarkisyan 27 iyunda bu təzyiqlər nəticəsində vəd edib ki, bu ölkənin elektrik şirkətinin elektrikin qiymətinin artırılması barədə qərar vermədiyi zamana qədər qiymət artımı olmayacaq.

Teqlər