Avq 13, 2015 12:34 Asia/Baku
  • 
Çində güclü partlayış
    Çində güclü partlayış

İnformasiya qaynaqları Çinin şimal-şərqində, Tyançin məntəqəsində güclü partlayışın baş verməsindən və 17 nəfərin həyatını itirməsindən xəbər veriblər.

Röyters-in məlumatına görə, daha öncə Çinin Tyançin şəhərində ardı-arda baş verən iki partlayışda 300-dən çox adamın yaralandığı bildirilmişdi. Yeni məlumatlarda isə hadisə nəticəsində 17 nəfərin öldüyü, 400-dən çox adamın isə yaralandığı bildirilir. Həmçinin, Çin mediaları Tyançin şəhər sakinlərindən bir qrupunun yanğına məruz qaldığını və yanğınsöndürənlərin onları yanğının mühasirəsindən xilas etməyə çalışdıqlarını bildiriblər.
Tyançin şəhəri 11 milyonluq əhali ilə Çinin iri sənaye şəhərlərindən sayılır və Çinin ən iri dəniz nəqliyyatı mərkəzi sayılır.

Teqlər