ABŞ dövlət katibi son 70 ildə ilk dəfə Kubaya səfər edəcək
Avq 14, 2015 09:48 Asia/Baku
ABŞ dövlət katibi Con Kerri avqustun 14-də Kubada ABŞ səvirliyinin açılması ilə bağlı mərasimdə iştirak edəcək.
APA-nın verdiyi xəbərə görə, bu tədbir ABŞ və Kuba arasında diplomatik münasibətlərin bərpası prosesini yekunlaşdıracaq.Con Kerri 1945-ci ildən bu vaxtadək Kubaya səfər etmiş ilk ABŞ Dövlət Departamentinin rəhbəri olacaq. Məlumata görə, ABŞ nümayəndə heyəti Ağ Ev aparatının əməkdaşları və ABŞ Konqresinin üzvlərindən, ümumilikdə, 20 nəfərdən ibarət olacaq.
Səfər proqramı iki hissəyə bölünüb. Birinci hissə ABŞ səfirliyinin açılışı mərasimində iştirak, ikincisi isə Kuba rəsmiləri ilə görüş.
Bu məlumata görə, Kerrinin Kuba XİN rəhbəri Bruni Rodriqes ilə görüşəcəyi planlaşdırılır. Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro ilə görüşün keçirilməsi planlaşdırılmır.