"Xəzər Günü" münasibətilə Astaradan Türkmən limanına velosiped yürüşü
Avq 14, 2015 15:04 Asia/Baku
İranlı velosipedçi İrəc Roğənçi "Xəzər Günü" münasibətilə Astara limanından Türkmən limanına doğru yürüşə çıxıb.
İrəc Roğənçi Astarada Səhər kanalının müxbirinə deyib: "7-ci milli ekologiya layihəmə "Xəzər Günü" münasibətilə və "Xəzər suitilərini mühafizə" şüarı ilə 12 avqust tarixindən start vermişəm. Bu layihənin icrası 4 nöqtədə Xəzər suitilərinin mühafizəsi üzrə mühazirələrin oxunması ilə yanaşı olacaq. "Xəzər suitilərini mühafizə" şüarı ilə həyata keçirilən bu milli ekologiya layihəsini icra etmək üçün, Ətraf Mühiti Mühafizə Təşkilatının dənizlər üzrə baş idarəsi, İran Balıqçılıq Təşkilatı və Xəzər suitiləri araşdırmaları mərkəzi ilə lazımi ahəngdarlıqlar yaradılıb."İrəc Roğənçi daha sonra öncəki 6 layihəsi barədə deyib: "Əlborz vilayətindən Fars körfəzinə, Məşhəddən Fəras körfəzinə, Kermandan Əlborz vilayətinə kimi olan məsafələri qət etmişəm. Həmçinin, Xəzərin sahili ilə gedərək, 4 sahilyanı ölkədən keçib, bu su hövzəsini çevrəsinə fırlanmışam. Həmçinin, Astara liman şəhərindən Türkmən liman şəhərinə kimi piyada yürüşü həyata keçirmişəm ki, 22 gün davam edib. Ərvənd çayından Hömüz boğazına qədər olan məsafəni də velosiped ilə getmişəm. Bunlar mənim indiyə kimi həyata keçirdiyimi layihələrdir. "
İrəc Roğənçi daha sonra deyib: Astara liman şəhərindən Türkmən liman şəhərinə kimi olan 1200 kilometrlik məsafəni 15 gün ərzində başa vurmağı planlaşdırmışam. "
Xəzəryanı ölkələr 9 il öncə Xəzərin ekologiyası və ətraf mühitini mühafizə üzrə bir sənəd imzalayıblar. 2008-ci ildən isə həmin konvensiyanın imzalandığı 12 avqust tarixi ümumdünya Xəzər günü kimi qeyd olunur. Bu münasibətlə Xəzəryanı ölkələr xüsusi proqramlar həyata keçirirlər.