Avq 18, 2015 10:29 Asia/Baku
  • ABŞ Konqresi İran ilə nüvə anlaşmasnı poza bilmir.
    ABŞ Konqresi İran ilə nüvə anlaşmasnı poza bilmir.

ABŞ Senatında Respublikaçılar franksyasının başçısı Konqresin İran ilə nüvə anlaşmasını rədd etməyə və kifayət qədər dəstəyə malik olmadığını deyib.

Kentaki informasiya portalının məlumatına görə, Senator Miç Mək Kanel bazar ertəsi günü ümidvarlıq edib ki, ABŞ Konqresi gələn ay keçiriləcək səsvermədə İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını rədd edə bilsin.
Amma, amerikalı qanunvericilərin səylərinin əksinə olaraq, İran ilə nüvə anlaşmasını himayə edənlərin sayı da az deyil.
Mək Kanel ümidvardır ki, yay tətilindən qayıtdıqdan sonra konqresmenlər nüvə anlaşması ilə bağlı ciddi mübahisələr aparacaq və sonda onun barəsində səsvermə keçirərək, rədd edəcəklər.
Bu arada 340 yəhudi ravvin bir məktubda İran ilə nüvə anlaşmasını himayə eədrək, Amerikalı konqresmenlərdən, bu anlaşmanı himayə etmələrini istəyib.
ABŞ Konqresinin respublikaçı üzvləri İran ilə nüvə anlaşmasını rədd etmək niyyətindədirlər. Amma, bu ölkə prezidenti Barak Obama bildirib ki, Konqresin İran ilə nüvə anlaşmasını rədd edəcəyi təqdirdə, veto haqqından istifadə edəcək.
İran ilə nüvə anlaşmasının təsdiq və ya rədd edilməsi üzrə sentyabr ayında ABŞ Konqresində səsvermə keçiriləcək.

Teqlər