Pakistan şiələrinə qarşı terrora son verilsin
Pakistanda şiələrə qarşı törədilmiş Paraçinar terror aktı sərt şəkildə pisləndi.
Yerli mənbələr Paraçinar ərazisində mülki şəxslərə qarşı törədilən terror aktı nəticəsində şəhid olanların sayını 81 nəfər olduğu açıqlanıb. Bull News-un məlumatına görə, bir çox Pakistan rəsmiləri, o cümlədən prezident Asif Zərdari, daxili işlər naziri Möhsün Nəqəvi və ölkənin onlarla digər dini və siyasi liderləri Pakistanın şimal-qərbindəki törədilmiş Paraçinar terror aktını qətiyyətlə pisləyiblər.
Xalq Partiyasının sədri Bilaval Bhutto Zərdari, Pəncab naziri Məryəm Nəvaz, Pakistan Müsəlman Birliyi Partiyasının rəhbəri Əllamə Raca Nasir Abbas Cəfəri də bu terror hadisəsini kəskin şəkildə pisləyiblər. Onlar günahsız vətəndaşlara qarşı törədilən bu cinayətlərin müqəssirlərinin müəyyən edilməsini tələb ediblər.
Pakistandakı şiə dini qrupların liderləri də öz bəyanatlarında bu cinayəti pisləyiblər. Məzhəb başçıları Pakistanda üç günlük ictimai matəm elan edərək cümə günündə ümummilli nümayişlərə çağırıblar.
Yerli mənbələr bu terror hadisəsində onlarla qadın və uşaq olmaqla 81 nəfərin şəhid olduğunu bildirirlər. Amma rəsmi media indiyədək 38 nəfərin öldüyünü təsdiqləyib.
Pakistanın Hayber Paxtunxva əyalətinin yerli hökuməti də bəyanat verərək bu hücumu pisləyərək deyib: “Terrorçular əvvəlcə polis qüvvələrinə, sonra isə vətəndaşlara hücum ediblər”