Fransanın miqrantlarla bağlı dəyişkən mövqeyi
Avq 30, 2015 18:04 Asia/Baku
Fransanın xarici işlər naziri Avropanın şərq ölkələrindən bəzilərinin, o sıradan Macarıstanın mühacirət böhranı ilə mübarizədəki rəftarlarını biabırçılıq adlandırıb.
Fransanın xarici işlər naziri Loran Fabius bazar günü Avropa-1 radiosu ilə müsahibədə bəzi Avropa ölkələrinin, xüsusən region ölkələri arasında mühacirətin bölüçdürülməsi və paylanmasını qəbul etməyən bu qitənin şərqindəki ölkələrin rəftarlarını biabırçılıq adlandırıb.Fabius ümidvarlıq edib ki, Macarıstan dövləti didərginlər və mühacirlərin girişinə mane olmaq üçün öz sərhədlərində çəkdiyi metal hasarı yığışdıracaq.
Fransa xarici işlər nazirinin Avropanın şərqində mühacirlərlə qeyri-insani rəftar barədəki iddiaları elə bir şəraitdədir ki, Avropada vətəndaş hüquqlarını dəstəkləyən orqanlar Parisin bu ölkənin Kale limanında mühacirlərin böhranlı durumunda məsuliyyət daşıdığını bildirirlər. Belə bir şəraitdə Avropa Komissiyası ümid edir ki, sığınacaq istəyənləri region ölkələrində bölüşdürə biləcək və bununla, mühacirlərin Avropa Birliyinə daxil olduqları zaman onları qəbul edən Avropa ölkələri daha az təzyiq hiss etmiş olacaqlar.
Bu addım Macarıstan, Avstriya, Slovakiya və Sloveniya daxil olmaqla bəzi Avropa ölkələrinin yanında iradənin olmaması səbəbindən bir nəticə verməyibdir.
İndiyədək Yaxın Şərq və ya Afrika ölkələrindən Avropaya gələn mühacir və didərginlərin çoxu Macarıstan vasitəsilə Avropa Birliyi ərazisinə daxil olmağa çalışırdı. Halbuki Budapeşt rəsmiləri Serbiya ilə sərhədlərində tikanlı məftildən ibarət hasar çəkmək qərarına gəliblər ki, mühacirlərin nüfuzunun qarşısnı almılş olsunlar.