Ukrayna gərginliklərində tələfat var
Sen 01, 2015 10:41 Asia/Baku
-
Ukrayna gərginliklərində tələfat var
Ukrayna parlamenti qarşısındakı çaxnaşmalar bir nəfərin ölümü, 150 nəfrin də yaralanmasına səbəb olub.
Frans-Press-in məlumatına görə, Ukrayna konstitusiyasında islahat təklifi bazar ertəsi günü bu ölkənin parlamenti qarşısındakı çaxnaşmaların səbəbi olub.Bu məlumata görə, Ukrayna parlamenti qarşısında şiddətli partlayış 90 polis zabiti daxil olmaqla 150 nəfərin yaralanması ilə nəticələnib. Belə bir halda, bir polis zabiti də bu çaxnaşmalarda ölüb.
Ukrayna Daxili İşlər Nazirliyi həmçinin bu çaxnaşmalarla bağlı otuzdan çoxu adamı həbs edib.
Bəzi mənbələr bildiriblər ki, bir neçə tüstü törədən bomba bir daşla yanaşı polisə tərəf atılıb və polis etirazçıların parlament binasına tərəf hücumlarının qarşısını almağa çalışır.
Etirazçılar və polis qüvvələri bir-birilərinə qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Ukrayna prezidentinin bu ökənin əsas qanununda islahatlara dair təklifi bu ölkə parlamenti önündə gərginliyə səbəb olub.