Sen 01, 2015 13:16 Asia/Baku
  • BAT: Amerika yəmənlilərin qətli-amına şərikdir
    BAT: Amerika yəmənlilərin qətli-amına şərikdir

Beynəlxalq Amnistiya Təşkilatı Yəmən barədəki ən yeni hesabatında bir daha Ərəbistanın qadağan olunmuş amerikan silahlardan bu ölkənin mülkilərinə qarşı istifadəsi haqda xəbərdarlıq edib və Vaşinqtonu bu cinayətlərə şərik bilib.

Bu beynəlxalq orqan "Yəməndə Ərəbistan qətli-amı" adı altında öz vebsaytında yaydığı hesabatında Ərəbistanın Yəmənə qarşı təcavüzünün başlanmasından bəri bu ölkədəki insan durumunun ağırlığı haqda xəbərdarlıq edərək, qeyd edib ki, bu yoxsul ərəb ölkəsi əhalisinin səksən faizi təcili yardımlara ehtiyaclıdır.
Bu müəssisənin baş üzvü Donatla Rovra əlavə edib ki, Ərəbistanın hava hücumları əsasən yəmənli mülkiləri hədəfə alıb və yuxuda və ya öz gündəlik işində olan yülzərlə nəfər bu hücumlarda ölüblər və bir çoxları da sığınacaqlarda hədəfə tuş gələrək, qırğın ediliblər.
Beynəlxalq Amnistiya Təşkilatı qeyd edib ki, Amerika da bu arada Ərəbistanı silah və sursatla təmin edərək, bu qətli-ama şərikdirlər.

Teqlər