Mühacirlər böhranı: Sahilə gətirilmiş insanlar
Sen 04, 2015 17:04 Asia/Baku
Türkiyə sahillərində üç yaşlı suriyalı uşağın ruhsuz cəsədinin tükürpədici təsvirlərinin yayılması mühacirlər böhranı barədəki nigarançılılqların yeni bir dalğasını yaratdı.
Aylan Kurdi adlı bu üç yaşı uşaq Yunanıstan sahillərinə çatmağa çalışan Kobani əhli olan on iki suriyalı mühacirdən biri idi ki, qərq oldu və onun ruhsuz cəsədi beş yaşlı qardaşının cəsədi ilə birgə Türkiyənin Bodrum turist məntəqəsinin sahillərində tapılıbdır.Bu suriyalı uşağın ruhsuz bədəninin ürəkağrıdıcı təsvirləri sürətlə sosial şəbəkələrdə yayıldı və bu günlər mühacirlərin geniş iştirakı səhnəsi olan Avropa ölkələri daxil olmaqla dünya medialarının bir çoxunda birinci xəbərə çevrildi; bu mühacirlər müharibədən qaçmaq üçün Avropa ölkələrinə pənah aparıblar, amma bu ölkələrdə də azı indiyədək nəinki dinc yaşayış röyası və asayişə çatmayıblar, əksinə sərhəd məntəqələrində polis qüvvələrinin zorakılıqları və ifratçı qruplar tərəfindən əzab-əziyyətlər ilə üzləşiblər.
Belə bir halda, İngiltərədə çıxan İndipendent qəzetinin vebsaytı bir məqalədə yazıb: Əgər sahilə gətirilmiş bu suriyalı uşağın ruhsuz cəsədi ilə bağlı tükürpədici təsvirlər Avropa qaydasını dəyişməzsə, hansı bir məsələ bu gedişi dəyişəcəkdir?
Bu qəzet digər bir məqalədə Londonun mühacirət siyasətlərini tənqid edərək, bu ölkənin baş naziri Devid Kamerondan soruşub: Devid Kameron, görəsən bu ölü suriyalı uşaq çox qorxduğun mühacirlər sırasındandır?
Türkiyənin sahil qvardiyası çərşənbə günü bir bəyanatda bildirib ki, Bodrum yarımadasından Yunanıstana gedən suriyalı mühacirləri daşıyan iki qayıq çərşənbə günü səhər qərq olub.
On iki mühacir, o sıradan beş uşaq və bir qadının cəsədləri sudan çıxarılıb və on beş nəfər xilas edilibdir.
Avropa Birliyi ölkələrində daha yaxşı həyat tapmaq ümidi ilə Yunanıstana yollanan mühacirlərin sayı ötən həftə nəzərəçarpacaq dərəcədə artıb. Onların əksəriyyəti Suriya, Əfqanıstan, Pakistan və Afrika ölkələrindəndir.
BMT-nin Mühacirlərin Məsələləri üzrə Ali Komissarlığının ofisi bildirib ki, cari ildə 2500-dən çox insan Aralıq dənizindən keçmək cəhdi ilə həyatını itirib.
Avropa Birliyinin Franteks adlı sərhəd agentliyinin məlumatına görə, cari ilin ik yeddi ayında 340 minə yaxın mühacir Avropa Birliyi sərhədlərinə çatıb, halbuki 2014-cü ilin elə bu dövründə mühacirlərin sayı 123 min 500 nəfər olubdur.