Fransa iqtisadi heyəti Tehrana gəlir
Sen 18, 2015 05:10 Asia/Baku
-
Fransa iqtisadi heyəti Tehrana gəlir
Fransa iş adamları və sərmayə sahiblərindən ibarət 150 nəfərlik böyük bir iqtisadi heyət İran rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün gələn həftə Tehrana səfər edəcək.
ŞANA xəbər agentliyinin verdiyi məlumata görə, 150 nəfərlik fransız heyətinə Fransanın kənd təsərrüfatı naziri Stefan Luful və xarici ticarət və turizm məsələləri üzrə müşavir naziri Matius Fakel başçılıq edirlər.Fransız heyət Tehranda olduğu müddət ərzində İranın siyasi-iqtisadi rəsmiləri habelə, ticarət palatası üzvləri ilə görüşüb, müxtəlif məsələlər o cümlədən turizm, sənaye, sığorta, yüklərin daşınması və digər sahələrlə bağlı əməkdaşlıq yollarını araşdıracaq.
Fransa Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Fransa iqtisadi heyətinin Tehrana səfəri bu ölkənin xarici işlər naziri Loran Fabiosun İrana olacaq səfərinin ardınca baş tutacaq.
İran İslam Respublikası və Fransa sanksiyalardan öncəki dövrdə neft məhsullarını çıxmaq şərtilə, 4 milyard dollarlıq illik ticarət dövriyyəsinə malik idilər.
Teqlər