ABŞ-da əlavə minlərlə ton plutoniumun ehtiyatda saxlanması üzrə gərginlik
Sen 21, 2015 15:20 Asia/Baku
-
ABŞ-da əlavə minlərlə ton plutoniumun ehtiyatda saxlanması üzrə gərginlik
Amerikada ehtiyatda olan əlavə minlərlə ton plutionum barəsində ABŞ-ın sabiq energetika nazirinin Senatın demokrat nümayəndələrinə məktub ünvanlaması mübahisələrə səbəb olub.
Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Senat azlığını rəhbəri Herri Ridə ünvanlanan müraciətdə bildirilir: Bill Riçardson nüvə stansiyalarında istifadəsi mümkün olan bu təhlükəli maddənin qalıqlarının qarışıq oksidan yanacağına çevrilməsi layihəsinin dəstəklənməsini istəyir.ABŞ silah həddində olan təxminən 50 ton plutoniumu ehtiyatda saxlayır.
Vaşinqton iddia edir ki, əlavə miqdarı nüvə silahlarında yenidən istifadəsi mümkün olmayan şəkildə aradan qaldırmaq niyyətindədir.
Amerika indiyə qədər Cənubi Karolina ştatında qarışıq yanacaq stansiyasının yaradılması üçün 4 milyard dollar vəsait ayırıb.