Türkiyənin sabiq naziri: Rusiya Suriya böhranının əsas oyunçusudur
https://azeri.sahartv.ir/news/dünya-i198851-türkiyənin_sabiq_naziri_rusiya_suriya_böhranının_əsas_oyunçusudur
Türkiyənin sabiq xarici işlər naziri Ankaranın Suriya böhranında əsas oyunçu olmadığını bildirərək deyib: İran, ABŞ və Rusiya Suriya böhranında əsas oyunçudurlar və onların istəyi Türkiyənin istəyi ilə o qədər də üst-üstə düşmür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2015 06:58 Asia/Baku
  • Rusiya Suriya böhranının əsas oyunçusudur
    Rusiya Suriya böhranının əsas oyunçusudur

Türkiyənin sabiq xarici işlər naziri Ankaranın Suriya böhranında əsas oyunçu olmadığını bildirərək deyib: İran, ABŞ və Rusiya Suriya böhranında əsas oyunçudurlar və onların istəyi Türkiyənin istəyi ilə o qədər də üst-üstə düşmür.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Türkiyənin sabiq xarici işlər naziri Yaşar Yakış Sputnik İnformasiya Agentliyi ilə müsahibədə Rusiyanın Suriyaya son hücumları və Türkiyənin bu barədəki mövqeyi haqda deyib: Artıq Suriya məsələsində Türkiyə əsas oyunçu deyil və əsas oyunçulardan biri Rusiya hesab olunur.
Yakış Türkiyə hökumətinin mövqeyinin dəyişməsi və Suriyanın keçid hökumətində Bəşşar Əsədin iştirak etməsi ilə Ankaranın razılaşması barədə deyib: Türkiyənin xarici siyasətinin mövcud reallıqlara əsasən tənzimlənməsi müsbət bir tendensiyadır. Çünki Türkiyə təcrid olmasına görə, çoxlu problemlərlə qarşı-qarşıya idi və bu ölkənin nəzərdə tutduğu siyasə mövcud reallıqlarla üst-üstə düşmürdü.
Türkiyənin sabiq xarici işlər naziri həmçinin Türkiyənin Suriyada istənilən hərbi əməliyyatı barədə xəbərdarlıq edib və bildirib: Əgər Türkiyə Suriyada hərbi müdaxilə edərsə, uğur qazanma ehtimalı çox az olacaqdır və digər tərəfdən bu müharibənin sonu çox çətin olacaq.