Elektron poçtunun sındırılması MKİ şefinı dəli etdi
Okt 28, 2015 12:16 Asia/Baku
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi bu gün elektron poçtunun sındırılmasından qəzəbləndiyini bildirərək, mediaların bu xəbəri işıqlandırma metodlarını qınayıb.
MKİ şefi Con Bernan Corc Vaşinqton Universitetində keçirilən seminarda etdiyi çıxışı zamanı deyib: Şübhəsiz, baş verən hadisə ilə bağlı qəzəbimi gizlədə bilmirəm. İnsanların bu xəbəri necə yozacaqları və hansı nəticə çıxaracaqları başqa bir mövzudur və bu məni narahat edir. Amma, mediaların bu xəbəri işıqlandırma tərzləri və çıxartdıqları nəticə məni həqiqətən məyus etdi.Bəzi medialar bildiriblər ki, MKİ şefinin AOL elektron poçt xidmətində mövcud olan elektron poçtundan ölkənin milli təhlükəsizliyinə uyğun olmayan məqsədlər üçün istifadə edirmiş.
Wikiliks saytı ötən həftə bir sıra məxfi sənədləri yayımlayaraq, bu sənədləri gənc bir hakerin MKİ şefinin elektron poçtunun sındırılması yolu ilə əldə etdiyini bildirmişdi. Mediaların bildirdiklərinə görə, bu gənc haker Con Bernanın şəxsi elektron poçtunu ələ keçirmək üçün özünü Verizon rabitə xidməti şirkətinin əməkdaşı kimi qələmə verib.