Avstriya xarici işlər naziri Türkiyəni hədələdi
Noy 05, 2015 10:49 Asia/Baku
Avstriya xarici işlər naziri Türkiyədən Avropa Birliyi ilə miqrantlar barədə əməkdaşlıq üçün öz proqramlarını açıq-aşkar şəkildə elan etməsini istəyib. Çünki bu ölkələrin Türkiyə ilə əməkdaşlığı davam etdirmək üzrə siyasi potensialı sona çatmaq üzrədir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Sebastian Kortez Almaniya qəzeti ilə müsahibədə bir daha Türkiyədən istəyib ki, miqrantlar barədə Avropa Birliyi ilə şəffaf şəkildə əməkdaşlıq etsin.Kortez xəbərdarlıq edib ki, Avropa Birliyi öz sərhədlərinin təhlükəsizliyi və Türkiyədə miqrantların yerləşdirilməsi üçün çoxlu xərclər ödəyir. Lakin əgər Ankara öz vəzifələrini yerinə yetirməzsə, Avropa da müxtəlif səviyyələrdə Türkiyəyə olan bağlılıqlarını dayandıracaq.
Avstriya xarici işlər naziri həmçinin Avropa Birliyinin miqrantlar barədəki proqramlarının zəif olduğuna toxunub və deyib: Avropa Birliyinin köməkləri bu qitədə miqrantların problemini həll etməyə qadir deyil. Üstəlik Avropa ictimaiyyətində ən yoxsul şəxslərə də kömək edə bilməyən yanlış siyasətdir.
Kortez əlavə edib: Çoxlu sayda miqrantın Avropaya daxil olması ilə onların yerləşdirilməsi üçün Avropa Birliyinə üzv ölkələrinə nəzarət etmək mümkün deyil.