Sanksiyalara görə, sionist rejimin Avropaya ixracatı azalıb
Noy 11, 2015 10:06 Asia/Baku
Sionist rejimin Avropaya ixracatı azalıb.
"Məsciduləqsanın səsi" xəbər saytı sionist rejimin statistika mərkəzinə isinadla bildirib ki, İsrail rejiminin 2015-ci ilin ilk 9 ayında Avropa İttifaqı ölkələrinə ixracatı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6,2 faiz azalıbdır.Avropa İttifaqı ölkələri sionist rejim məhsullarının ən böyük idxalçılarıdırlar.
Sonist rejimin statistika mərkəzi bir məlumatda bildirib ki, bu rejim 2015-ci ilin əvvəllərindən sentyabrın sonlarınadək Avropa İttifaqı ölkələrinə on milyard 481 milyon dollar dəyərində məhsul ixrac edib, halbuki 2014-cü ilin müvafiq dövründə təqribən on milyard 755 milyon dollar dəyərində məhsul ixrac etmişdi.
Sionist rejim məhsullarının Avropaya ixracatının azalması sionist qəsəbələrin məhsullarının sanksiya edilməsindən irəli gəlir.