Noy 11, 2015 14:06 Asia/Baku
  • Amerikanın 19 trilyonluq borcu
    Amerikanın 19 trilyonluq borcu

2016-cı ildə keçiriləcək Amerika prezident seçkilərində respublikaçıların namizədlərindən biri bir teledebatda etiraf edibdir ki, Amerikanın 19 trilyonluq borcu var və öz xalqını saxlaya bilmir.

IRIB-nin məlumatına görə, 2016-cı ildə keçiriləcək Amerika prezident seçkilərində respublikaçıların namizədlərindən olan Mayk Hakbi dünən gecə canlı şəkildə "Fox Nyus" kanalından yayımlanan teledebatda mühacirlərin Amerikada qəbul olunmaları ilə müxalifət barədə deyib: Ölkəmiz on doqquz trilyonluq borca malikdir və biz hətta Amerika vətəndaşlarını saxlamaq üçün yetərincə maliyyə imkanına malik deyilik. Bu üzdən, əgər suriyalılar üçün bir iş görmək istəyiriksə, öncə onları yaxşıca tanımalı, ondan sonra onların doğrudan da təhlükədə olan hissəsini onlar üçün düzəldəcəyimiz düşərgələrdə məskunlaşdırmalıyıq.

Teqlər