İŞİD terrorçuları tələdə
Noy 17, 2015 13:05 Asia/Baku
-
İŞİD terrorçuları tələdə
Bağdad Əməliyyat Komandanlığı Ələnbar vilayətinin mərkəzi olan Ərrəmadi şəhərinə qovuşan məntəqələrin bir hissəsinin təmizlənməsi xəbərinin yayılmasından sonra bildirib ki, terrorçu İŞİD qrupunun qüvvələri Ərrəmadidə tam şəkildə mühasirə olunublar və şəhərdə mövcud olan təqribən 300 İŞİD terrorçusu tələyə düşübdür.
Müştərək Əməliyyat Komandanlığının sözçüsü Yəhya Rəsul Ərrəmadidə müharibənin ixtiyarının iraqlı qüvvələrin əllərində olduğunu bildirib. O, iraqlı qüvvələrin hazırda hücum vəziyyətində olduqlarını bildirərək, deyib ki, şəhərin mərkəzinin nəzarəti hələ İŞİD qüvvələrinin əlindədir, amma İraqın ordusu, xalq və köçləri tayfa qüvvələri şəhərin mərkəzinə doğru irəliləməkdədirlər.Yəhya Rəsul iraqlı qüvvələrin şəhərin mərkəzinə tərəf hərəkətinin yavaş olmasının bir dəlilini əməliyyatın qarşısında ən mühüm maneə olan şəhərin mülkilərdən boşaldılmasından sonra şəhərin daxilində naməlum sayda bombanın mövcud olması adlandırıb və deyib ki, bəzi məntəqələrdə yüz kvadrat metrdə onlarla mina və bomba yerləşdirilib. İraqlı qüvvələr bazar ertəsi günü müxtəlif məntəqələrdə və başlıca olaraq, Ərrəmadi ətrafında yeni uğurlar əldə ediblər.
İraqın hərbi qüvvələrinin bölmələri həmin gündə keramika zavodunun ətrafında yerləşən Ərrəmadinin qərb bölməsindəki 60 saylı küçəni terrorçulardan təmizləyə biliblər.
İraqlı mənbələrdən daxil olan digər bir məlumat iraqlı qüvvələrin Ələnbar Vilayət Şurası binasında yerləşmələrindən xəbər verir. Həmçinin deyilibdir ki, bu şəhərin şimalındakı ədliyyə binası da iraqlı qüvvələrin əlinə keçibdir.
Həmçinin Ərrəmadinin cənub-qərbindəki "Dur" və "5-ci kilometr" məntəqələri də İŞİD ünsürlərindən təmizlənibdir ki, bu, son günlərdə əldə olunmuş uğurların və Ərrəmadinin ətrafında sıx halqanın yaradılmasının nəticəsidir ki, Rəsul Yəhyanın İŞİD-in Ərrəmadidə tam şəkildə mühasirə edilməsinə dair sözlərini təsdiq etmiş olsun.