Miqrant qəbulu haqda avropalıların ixtilafı artıb
Noy 17, 2015 18:18 Asia/Baku
Parisdəki son terror aktları miqrantların qəbulu barədə Avropa ölkələri arasında ixtilafların artmasına səbəb olub.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Parisdə terror aktları 13 noyabrda baş verdi və ən azı 129 nəfər həlak oldu və 350-dən çox insan yaralandı. İŞİD terror qruplaşması bu hücumların məsuliyyətini üzərinə götürüb.Paris stadionu yaxınlığında intihar amillərindən birinin cəsədinin yaxınlığında suriyalı miqrantın pasportunun tapılması Avropa ölkələrinin ixtilafına səbəb olub. Bu hadisədən sonra Polşa və Slovakiya kimi bəzi Avropa ölkələri miqrant qəbulundan imtinanı elan etməklə və onları öz ərazilərindən çıxarmaqla bildiriblər ki, İŞİD üzvləri miqrantlar arasında Avropa ölkələrinə daxil ola bilərlər.
Macarıstan baş naziri Viktor Urban və Fransada Milli Cəbhə ifrat sağçı partiyasının rəhbəri Marien Lopen və əlbəttə bir çox digər Avropa rəsmisi miqrant qəbulunun dayandırılmasını istəyiblər.
Halbuki polis hələ də son Paris aktları amillərinin kimliyi barədə dəqiq məlumat verməyib və suriyalı miqrantların terror amilləri arasında olmaları bəlli deyil. Qarşısında Almaniya kimi bəzi Avropa ölkəsinin qənaətincə, terror aktları miqrantlar məsələsi ilə əlaqələndirilməməlidir.
BMT baş katibinin sözçüsü Stefan Dojarrik bazar ertəsi günü bəzi Avropa rəsmisinin miqrantlar barəsindəki davranışını tənqid edib. O deyib: Anlaşılasıdır ki, Avropa ölkələri terrorizm qarşısında öz vətəndaşlarını qorumaq üçün tədbirlər görməlidirlər. Lakin zorakılıq və kobudluğa görə öz ev-eşiyini tərk edən zərərçəkmiş şəxsləri diqqət mərkəzində saxlamaq düzgün iş deyildir.
Məlumatlara görə, Danimarka da miqrant qanunlarını sərtləşdirmək niyyətindədir. Danimarka hökuməti miqrant qanunlarını elə bir formada dəyişmək niyyətindədir ki, müraciətləri rədd edərək miqrantları elə sərhəddən geri qaytara bilsin.
Həmçinin hökumətin öncələr miqrantlara verdiyi maliyyə yardımı dayanıb və kamplardan kənar miqrantlara icazə də dayandırılır və yaxıd azalacaq. Miqrantların toplaşmaq, aksiya keçirmək və yaxud etiraz etmək icazəsi olmayacaqdır.