Noy 18, 2015 10:14 Asia/Baku
  • Amano: Nüvə anlaşması diplomatiyanın uğurlu olması nişanəsidir
    Amano: Nüvə anlaşması diplomatiyanın uğurlu olması nişanəsidir

Atom Enerjisi Beynəlxalq Agentliyinin direktoru Yokio Amano İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasını diplomatiyanın uğurlu olması nişanəsi adlandırıb.

İRNA-nın məlumatına görə, Yokio Amano çərşənbə axşamı BMT Baş Assambleyasının 17-ci adi iclasında AEBA-nın fəaliyyətləri ilə bağlı hesabat təqdim edərək, deyib: Təyin olunmuş möhlət əsasında 15 dekabra kimi nüvə anlaşmasının İran tərəfindən icra edilməsi barədə hesabat agentliyin direktorlar şurasına təqdim ediləcək.
Amano daha sonra deyib: BMT Təhlükəsizlik Şurası İran ilə 5+1 qrupu arasında nüvə anlaşmasının əldə edilməsinin ardınca İranın öz öhdəliklərinə əməl etməsi ilə bağlı nəzarət işlərini AEBA-ya tapşırdı və agentlik də İranın nüvə fəaliyyətlərinin şəffaflığını təmin etmək üçün bir proqram hazırlayıb. Və bu proqramının bütün mərhələlərinin icrası təyin olunmuş tarixdə yəni 15 oktyabrda tam qaydada yekunlaşdırılıb.
AEBA-nın baş direktoru əlavə edib: Agentlik rəsmiləri hal hazırda ixtiyarlarında olan məlumatların analiz və təhlil edilməsinin son mərhələsindədirlər. Araşdırmaların nəticələri isə cari ilin 15 dekabrından lazımi qərarların çıxarılması üçün agentliyin direktorlar şurasına təqdim ediləcək.
Amano həmçinin deyib: Hələ qarşıda görüləsi işlərin çox olmasına baxmayaraq, İranın nüvə işi ilə bağlı böyük nailiyyətlər əldə olunub.
Amano vurğulayıb: İranın nüvə işi ilə bağlı əldə edilmiş uğurlar İran dövləti, 5+1 qrupu ölkələri, BMT TŞ və AEBA rəsmilərinin səylərinin nəticəsi olub.

Teqlər