Yunanıstanda anti-ABŞ aksiya
Noy 18, 2015 10:28 Asia/Baku
-
Yunanıstanda anti-ABŞ aksiya
Minlərlə nəfər çərşənbə axşamı tələbələrin "17 noyabr" qiyamının ildönümü günündə aksiya təşkil edərək, ABŞ-ın siyasətlərini tənqid ediblər.
İRNA-nın Afinadan verdiyi məlumata görə, Yunanıstanda keçirilən etiraz aksiyasının iştirakçıları ABŞ bayrağını, bu ölkənin siyasətlərinə etiraz əlaməti olaraq, yandırıblar.17 noyabr 1973-cü il tarixində Yunanıstanda xalq və tələbələrin hərbçilərin diktatura rejiminə qarşı qiyamı kulminasiya nöqtəsinə çatmış oldu. O zaman ordunun tankları Politexnik Universitetinə soxularaq, bir qrup tələbəni öldürdü.
O zamandan bəri hər il 17 noyabr qiyamının ildönümü günü "Tələbə Hərəkatı" günü kimi qeyd olunur və insanlar həmin gündə həyatını itirən tələbələrin xatirəsini yad etmək üçün ABŞ səfirliyi önünə doğru yürüş edirlər.