Noy 18, 2015 20:11 Asia/Baku
  • Ukraynanın şərqində Donbasda toqquşmalar davam edir
    Ukraynanın şərqində Donbasda toqquşmalar davam edir

Ukraynanın şərqində Donbasda toqquşmalar hələ də davam edir.

Səhər Beynəlxalq Televiziyasının İnterFax İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Ukrayna ordusunun anti-terror əməliyyatı üzrə sözçüsü Andrey Lısenko keçirdiyi mətbuat konfransında deyib: Ötən sutka ərzində Donbasda baş verən qarşıdurmada bir ordu əsgəri yaralanıb.
Bu məlumata görə, toqquşmalarda heç bir ordu qüvvəsi həlak olmayıb.
Normand Dördlüyü tərəfindən Ukraynanın şərqində atəşkəs anlaşması hazırlanıb və Kiyev və silahlı müxaliflər tərəfindən imzalanıb. Lakin hələ də onun bəzi şərtləri icra olunmayıb.
Rusiya, Ukrayna, Almaniya və Fransadan təşkil olunan Normand Dördlüyü bu ilin fevralında yaradıldı ki, Ukraynanın şərqindəki qarşıdurmalar üçün sülh yoluna zəmanət versin.

Teqlər