Noy 19, 2015 15:20 Asia/Baku
  • ABŞ İrandan neft alışının həcmini azaltmaq niyyətində deyil
    ABŞ İrandan neft alışının həcmini azaltmaq niyyətində deyil

ABŞ prezidenti Barak Obama bildirib ki, Vaşinqton İrandan neft alışının həcminin azaldılması ardınca deyil və İranın neft ixracatı həcminin 2013-cü ildə olduğu miqdarda saxlanılmasına sadiqdir.

PressTV-nin məlumatına görə, Barak Obama daha sonra deyib: İranın nüvə işinin həlli ilə bağlı 2013-cü ilin noyabrında əldə edilən müvəqqəti anlaşmaya əsasən Amerika İrandan neft alışı miqdarının o zamankı miqdarda saxlanılmasına icazə verəcəyi barədə üzərinə öhdəlik götürüb. Buna görə də ABŞ hökuməti İrandan neft alışı miqdarının azaldılması ardınca deyil.
BMT-nin Təhlükəsizlik Şurası bəzi ölkələr ilə birlikdə İrana qarşı bir sıra sanksiyalar tətbiq etmişdi.
Bu sanksiyalar İran ilə nüvə əməkdaşlığını və İran ilə silah ticarətini habelə, İranın neft və dərman sənayesi sektoruna xarici sərmayənin qoyulmasını qadağan edirdi.

Teqlər