Müsəlmanlar Ağ Evin önündə aksiya keçiriblər
Noy 21, 2015 19:20 Asia/Baku
-
Müsəlmanlar Ağ Evin önündə aksiya keçiriblər
Amerika müsəlmanları İŞİD-in terror hücumlarına etiraz olaraq Ağ Evin önündə aksiya keçiriblər
Beynəlxalq Quran Xəbər Agentliyi İKNA bildirir ki, bu aksiya Paris və Beyrut terror aktı qurbanlarının xatirəsinin yad edilməsi ilə başlanıb. Aksiyanın davamında terror qurbanlarının xatirəsinə şam yandırılıb və bir neçə nəfər çıxış edib.Aksiyanın təşkilatçıları bildiriblər ki, İslam terrorizm və ifratçılığı qınayır və İŞİD və digər terror qruplaşmaları İslam dinini təmsil etmirlər.
Bu etiraz aksiyasında iştirak edən ABŞ müsəlmanlarının liderləri ümidvarlıq ediblər ki, bu aksiya ölkədə sülh və həmrəyliyin möhkəmlənməsinə kömək etsin.