Rusiyanın İŞİD-ə qarşı hücumlarında 36 terrorçu öldürülüb
Noy 22, 2015 09:04 Asia/Baku
-
Rusiyanın İŞİD-ə qarşı hücumlarında 36 terrorçu öldürülüb
Rusiyanın Suriyada İŞİD terror qrupunun mövqelərinə qarşı hava hücumlarının davamında 36 terrorçu öldürülüb.
Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiya qırıcıları İŞİD-in Suriyanın şərqində yerləşən Dəir Əzzur vilayətindəki mövqelərini yetmiş dəfə hədəfə alıblar ki, nəticədə terrorçular ağır tələfat və xəsarətlərə düçar olublar.Bu məlumata əsasən, Rusiya qırıcılarının İŞİD-in Suriyanın Dəir Əzzur vilayətinin müxtəlif şəhərlərindəki mövqelərinə qarşı hücumlarında bu qrupun qüvvələrinin gizləndikləri məkanlar tam şəkildə məhv edilibdir.
Dəir Əzzurdakı hücumlar Rusiyanın Suriyada İŞİD-ə qarşı ən ağır hücumları kimi qeyd olunubdur.
Suriya ordusunun qırıcıları da İŞİD-in Dəir Əzzurdakı mövqelərini hədəfə alıblar.
Həmçinin Rusiya qırıcılarının Suriyanın Hums vilayətinin Məhin məntəqəsinə qarşı hücumlarından sonra suriyalı qüvvələr terrorçuların bu məntəqədəki mövqelərinə hücum edərək, onları geri oturmağa məcbur ediblər.
Rusiya qırıcıları Suriya prezidenti Bəşşar Əsədin dövlətinin xahişindən sonra sentyabrın otuzundan terrorçuların mövqelərinə qarşı geniş hava hücumları həyata keçirirlər.
Suriya 2011-ci ilin martından bu ölkəyə muzdur terrorçuların göndərilməsi səbəbindən gərgindir. Bu terrorçular müxtəlif ölkələrin vətəndaşlarıdırlar. Onlar Ərəbistan, Qətər, İordaniya, Türkiyə, ABŞ və sionist rejimin, həmçinin digər ərəb və qərbli tərəflərin maliyyə, silah, siyasi və təlim dəstəklərindən bəhrələnirlər.