Rusiya Türkiyənin hərbi attaşesini çağırtdırıb
https://azeri.sahartv.ir/news/dünya-i200011-rusiya_türkiyənin_hərbi_attaşesini_çağırtdırıb
Rusiya Müdafiə Nazirliyi Türkiyənin hərbi attaşesini çağırtdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2015 06:23 Asia/Baku
  • Rusiya Türkiyənin hərbi attaşesini çağırtdırıb
    Rusiya Türkiyənin hərbi attaşesini çağırtdırıb

Rusiya Müdafiə Nazirliyi Türkiyənin hərbi attaşesini çağırtdırıb.

Frans-Press-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı günü bu ölkə qırıcısının Türkiyə tərəfindən Suriyada vurulmasından sonra Türkiyənin Moskvadakı hərbi attaşesini çağırtdırıb.
Türkiyənin Moskvadakı səfirliyi də bu ölkənin Moskvadakı hərbi attaşesinin Rusiya tərəfindən çağırtdırılması xəbərini təsdiqləyib.
Digər bir xəbərə əsasən, Pentaqon(Pentagon) başçıları çərşənbə axşamı günü bildiriblər ki, ABŞ-ın Rusiya qırıcısının Türkiyə tərəfindən vurulmasında heç bir rolu olmayıbdır.
Türkiyə ordusu iddia edibdir ki, Rusiya təyyarəsi hədəfə alınmazdan öncə, dəfələrlə ona Türkiyənin hava məkanını pozması haqda xəbərdarlıq edilmişdi.
Belə bir halda, Rusiya Türkiyənin hava məkanının pozulmasını təkzib edir.