Rus təyyarəsinin süqutu neftin qiymətini artırdı
https://azeri.sahartv.ir/news/dünya-i200020-rus_təyyarəsinin_süqutu_neftin_qiymətini_artırdı
Bir rus qırıcısının Suriya sərhədində Türkiyə tərəfindən vurulmasının ardınca dünya bazarlarında neftin qiyməti artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2015 08:58 Asia/Baku
  • Rus təyyarəsinin süqutu neftin qiymətini artırdı
    Rus təyyarəsinin süqutu neftin qiymətini artırdı

Bir rus qırıcısının Suriya sərhədində Türkiyə tərəfindən vurulmasının ardınca dünya bazarlarında neftin qiyməti artıb.

Röyters-in məlumatına görə, çərşənbə axşamı günü neftin qiyməti üç faiz artaraq, son iki həftədə özünün ən yüksək səviyyəsinə çatıb.
Türkiyə çərşənbə axşamı günü Suriya sərhədində bir rus qırıcısını vuraraq bildirdi ki, bu təyyarə Türkiyənin hava məkanını pozubdur.
Rusiya prezidenti Vladimir Putin bu iddianı təkzib edərək, belə bir hərəkətin təhlükəli nəticələri haqda xəbərdarlıq etdi.