Ban Ki Munun nümayəndəsi: Yəmən sülh danışıqları gələn həftə başlanacaq
-
Yəmən sülh danışıqları gələn həftə başlanacaq
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi bildirib: Yəməndə qarşıdurma tərəfləri arasında ötən həftələrdə keçirilən uzun müzakirələrin ardınca, nəhayət onlar razılıq ediblər ki, 15 dekabrda Vyanada sülh danışıqlarına yenidən başlasınlar.
BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Şeyx Əhməd jurnalistlərə deyib: Ötən bir neçə həftədə Ənsarullah nümayəndələri, Yəmənin kənarlaşdırılmış hökumətinin nümayəndələri və bir neçə region və dünya ölkələrinin nümayəndələri ilə sıx danışıqların ardınca razılıq əldə olunub ki, 15 dekabrda müvəqqəti atəşkəsin elan olunması ilə Cenevrədə sülh danışıqlarına başlansın.
O əlavə edib: Yəmən vətəndaşlarının əzab-əziyyətinə son qoymaq, tərəflər arasında qarşılıqlı hörmət və etimadı yaratmaq yalnız sülh danışıqları ilə mümkün olacaqdır.
BMT nümayəndəsi söyləyib: Bu danışıqların keçirilməsində məqsəd Təhlükəsizlik Şurasının qətnamələri, əsasən düşmənçiliyi dərhal kənara qoymaq və sərt hərəkətlərdən çəkinməyin vurğulandığı 2015-ci il aprel qərarının icrasına praktiki layihənin tapılması olacaqdır.
İsmayıl Şeyx Əhməd bütün ölkələrdən tərəflər arasında ilkin razılığın əldə olunması üçün lazımi şəraitin yaradılmasında iştirak etmələrini istəyib və bildirib: Gələn həftə baş tutacaq danışıqların nəticələrinə çox nikbindir.
O BMT baş katibinin nümayəndəsi olaraq qarşıdurma tərəflərini 15 dekabrda başlanacaq atəşkəs qaydalarına sadiq qalmağa, sülh danışıqlarının davam etməsi üçün münasib şərait yaratmağa və Yəmən vətəndaşlarında ümid və nikbinliyin yaranmasına səbəb olmağa çağırıb.
Bu hücumlar nəticəsində indiyə qədər on minlərlə yəmənli, o cümlədən uşaq və qadınlar həlak olmuş, yaralanmış və milyonlarla nəfər didərgin düşmüş və bu ölkənin infrastruktur obyektlərinin 80%-i dağılmışdır.