Ermənistan müxalifəti geri çəkilmir
-
Ermənistan müxalifəti geri çəkilmir
Ermənistanda müxalifətin Ermənistan Milli Konqresi (HAK) bildirir ki, 6 dekabr referendumunun nəticələrinə qarşı mübarizəni davam etdirəcək. Referendum nəticəsində ölkə, prezident üsul-idarəsindən parlament sisteminə keçib.
HAK rəsmisi Levon Zurabian dekabrın 14-də media nümayəndələrinə deyib ki, onlar konstitusiya məhkəməsinə müraciət edəcəklər. Müxalifət referendumda saxtakarlıqların baş verdiyini bildirir.
Ermənistan Mərkəzi Seçki Komissiyası dekabrın 13-də konstitusiyaya dəyişikliklərin qəbul olunduğunu bəyan edib.
Komissiya müxalifətin iddialarını da rədd edib, “referendumun nəticələrinə təsir göstərəcək pozuntuların baş vermədiyini” deyib.
Müxalifət iddia edir ki, dəyişikliklərdə məqsəd, prezident Serj Sarkisyan-ı 2018-ci ildən sonra da prezident postunda saxlamaqdır.