Dek 17, 2015 09:11 Asia/Baku
  • Nigeriya ordusu Zaria faciəsində müsəlmanların cəsədlərini yandırıb
    Nigeriya ordusu Zaria faciəsində müsəlmanların cəsədlərini yandırıb

Nigeriyalı fəallar bu ölkənin şimalında Zaria faciəsində müsəlmanların kütləvi dəfn olunduğunu və yandırıldığını bildiriblər.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, nigeriyalı siyasi fəallar bildiriblər: Nigeriya hökuməti və ordusu Zaria faciəsindəki cinayətlərinin faktlarını məhv etmək üçün müsəlmanların cəsədlərini kütləvi şəkildə dəfn edib və onların bir qrupunu da yandırıb.

Bu fəallar əlavə ediblər: Dəqiq bəlli deyil ki, Nigeriya İslam Hərəkatı üzvlərindən neçəsi ordu tərəfindən qətlə yetirilib. Buna görə də onlar cinayətlərinin həcminin bəlli olmaması üçün mövcud olan hər bir faktı məhv etməyə çalışırlar.

Nigeriyalı fəallar deyiblər: Əgər Nigeriya ordusunun bu qətliam və cinayətlər üçün qaneedici səbəbi olsaydı, heç vaxt cəsədləri gizli şəkildə dəfn etməz və yaxud onları yandırmazdı.

Bazar günü Nigeriya ordusu bu ölkənin İslam Hərəkatını ordu komandanını terror etmək və həmçinin aksiyalara görə yolları bağlamaqda ittiham edərək Zaria şəhərində Bəqiyyətəllah hüseyniyyəsinə və İslam Hərəkatının baş katibi Şeyx İbrahim əl-Zakzakinin mənzilinə hücum edib və yüzlərlə müsəlmanı qətlə yetirib.

Şeyx İbrahim əl-Zakzakinin qızı Nəsibə əl-Zakzaki ölənlərin sayı barədə deyib: Zaria faciəsində təxminən 450 nəfər öldürülüb və 300 cənazə də xəstəxanadadır. Ümumilikdə ölənlərin sayı 1000 nəfərə çatır.

Teqlər