Dek 24, 2015 10:29 Asia/Baku
  • ABŞ polisinin rasizminə qarşı aksiya
    ABŞ polisinin rasizminə qarşı aksiya

Amerikanın Kaliforniya və Mine Sota ştatlarında vətəndaş hüquqları üzrə fəallar bu ölkə polisinin kobudluqları və qaradərililər əleyhinə irqçiliyinə qarşı aksiya keçiriblər.

CNN telekanalının məlumatına görə, "Qaradərililərin həyatının dəyəri var" hərəkatının tərəfdarları çərşənbə günü Kaliforniya ştatındakı San-Fransisko və Mine Sota ştatındakı Minneapolis şəhərlərinin küçələrinə çıxaraq, Amerika polisi tərəfindən qaradərililərin qətlə yetirilməsi müqabilində ədalətin icrasını istəyiblər.

Bu məlumata görə, Mine Sota polisi sürətlə bu aksiyanı yatırmağa başlayıb və etirazçıları həbs etməklə hədələyərək, dağıdıb.

Minneapolis-də beş nəfər polis tərəfindən həbs olunub.

Xəbərlərə görə, San-Fransisko polisi də doqquz etirazçını həbs edib.

Bir ağdərili polis zabiti noyabrın on beşində 24 yaşlı qaradərili Cemar Klark-ı güllə ilə qətlə yetirib.

Teqlər