Yan 15, 2016 13:56 Asia/Baku
  • Avropa İttifaqının mühacirət siyasətləri uğursuz qalıb
    Avropa İttifaqının mühacirət siyasətləri uğursuz qalıb

Mühacirlərin məsələləri ilə bağlı Avropa komissarı Avropa İttifaqının mühacirət siyasətlərini uğursuz adlandırıb.

Mühacirlərin məsələləri ilə bağlı Avropa komissarı Dimitris Avramopoulos cümə axşamı günü Avropa İttifaqının mühacirlər böhranını düzgün idarə edə bilmədiyini bildirərək deyib ki, əhatəli proqrama malik olmadığına görə, bu böhran hər gün daha da ağırlaşmaqdadır.

Mühacirlərin məsələləri ilə bağlı Avropa komissarı Avropa İttifaqına üzv bəzi ölkələri öz sərhədlərində məhdudiyyət yaratmaqda birtərəfli siyasətlər yürütmələrinə görə tənqid edərək, deyib: Avropa ölkələrinin mühacirlər böhranını idarəetmə tərzi barədəki ixtilafları Avropa İttifaqının birliyini xətərə salıbdır.

Dimitris Avramopoulos bildirib ki, Avropa İttifaqının məhvi Şingen qanunun şübhə altına alınması ilə başlanacaqdır. Bu böhran ötən milad ilində dünyanın bir çox məntəqələrində müharibə alovunun yayılması və həyat şəraitinin böhranlı hala düşməsilə avropalı ölkələr üçün ciddi bir problemə çevrilibdir. Asiyada və Afrikanın şimalında müharibədə olan ölkələrdən yüz minlərlə nəfər təhlükəsiz sığınacaqlar tapmaq ardınca Avropa sərhədlərinə yola düşdü və bu proses hələ də davam etməkdədir.

Hərçənd bir çox müzakirələrdən sonra mühacirlərin qəbulu üçün ölkələr arasında pay sisteminin icrası məsələsi razılaşdırıldı, amma bu ittifaqa üzv bəzi ölkələr bu planı Avropa İttifaqı tərəfindən birtərəfli siyasətlərin tətbiqi adlandırdı və onu qəbul etməkdən boyun qaçırdılar.

Son zamanlar Avropa İttifaqının başçıları Ankara ilə müzakirələrdə mühacirlərin sərhədlərdə yerləşdirilməsi üçün Türkiyənin həmkarlığını istədilər və hərçənd bu ölkə razılaşdı, amma belə görünür ki, bu siyasət də o qədər də uğurlu olmayıbdır.

Bütün səylərə rəğmən, Beynəlxalq Mühacirət Təşkilatı çərşənbə axşamı günü bildirdi ki, 18 min 882 mühacir 2016-cı il yanvarıın birində Avropaya daxil olubdur.

Böhran hələ də davam etməkdədir belə görünür ki, avropalı ölkələr yalnız o zaman müvəffəq olacaqlar ki, alovlanmasında özlərinin əllərinin olduğu müharibə odunu tez bir zamanda söndürməyə və dünyanın müxtəlif ölkələrində sülh və təhlükəsizliyi bərqərar etməyə çalışmış olsunlar.

Teqlər