Yan 18, 2016 17:32 Asia/Baku
  • Amerika müsəlmanları Şeyx Əlzəkzakinin azadlığını istəyiblər
    Amerika müsəlmanları Şeyx Əlzəkzakinin azadlığını istəyiblər

Amerikanın Nyu-York şəhərindəki müsəlmanlar aksiya keçirərək, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Əlzəkzakinin azad edilməsini istəyiblər.

Livanın Əlməyadin telekanalının məlumatına görə, yüzlərlə müsəlman Nyu-Yorkda aksiya keçirərək, Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Əlzəkzakinin həbsini pisləyib və onun azad edilməsini istəyibdir.

Nigeriya ordusu 2015-ci il dekabrın 12-si və 13-də Nigeriyanın şimalında müsəlmanların hüseyniyyəsinə və Şeyx İbrahim Əlzəkzakinin mənzilinə basqın edərək, onu həbs edib və bu ruhanini qorumağa çalışan şəxslərə atəş açıblar.

Bu hücumda yüzlərlə nigeriyalı müsəlman qanına qəltan olub.

Aksiyaçılar habelə şüarlar verərək, Ali-Səud rejimi tərəfindən ərəbistanlı mübariz şiə ruhani Şeyx Nimir Baqir Əl-Nimirin edam olunmasını pisləyib və bildiriblər ki, müsəlmanlar İŞİD-in və səudiyyənin cinayətləri qarşısında birləşmələdirlər.

Ərəbistan Daxili İşlər Nazirliyi cari il yanvarın ikiisində bildirdi ki, ərəbistanlı mübariz şiə ruhani Şeyx Nimir Baqir Əl-Nimiri 46 nəfərlə birlikdə edam edibdir.

Teqlər