Lavrov və Kerri Suriya sülh müzakirələri barəsində telefonda danışıblar
Yan 31, 2016 07:30 Asia/Baku
-
Lavrov və Kerri Suriya sülh müzakirələri barəsində telefonda danışıblar
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri ötən gecə Suriya sülh müzakirələri barəsində danışıqlar aparıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib: Sergey Lavrov Con Kerri ilə telefon söhbətində Cenevrədə keçirilən Suriya hökuməti və müxaliflərin nümayəndələri arasındakı müzakirələrə hakim vəziyyəti araşdırıblar.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında əlavə olunur: İki tərəf 11 fevralda Münheyndə keçiriləcək beynəlxalq iclasında Suriya sülh danışıqlarını qiymətləndirməyi qərara alıb.
Teqlər