Fev 02, 2016 14:43 Asia/Baku
  • BMT Türkiyədəki repressiyalardan nigarandır
    BMT Türkiyədəki repressiyalardan nigarandır

BMT-nin insan haqları komissarı Türkiyənin təhlükəsizlik qüvvələrinin sivillər və media mənsubları ilə kobud rəftarlarından nigaranlıq edərək, dövləti tənqid etdiyi üçün məhbəsə salınmış insanların azad edilmələrini istəyib.

IRNA-nın məlumatına görə, BMT-nin insan haqları komissarı Zeyd Rəəd Əl-Husyən bazar ertəsi günü Türkiyənin təhlükəsizlik qüvvələrinin bu ölkə sivillərindən bir qrupuna qarşı hücumundan və təqribən on gün bundan öncə baş vermiş bir kinooperatora qarşı atəşaçmadan nigaranlıq edərək, bu qüvvələrin mülkilər, xüsusən media mənsubları ilə rəftarını son dərəcə kobud rəftar adlandırıb.

BMT-nin insan haqları komissarı həmçinin Türkiyə məhkəmələrinin ömürlük həbs cəzasına məhkum olunmuş Cumhuriyyət qəzetinin baş redaktoru Can Dondar və bu qəzetin Ankaradakı ofisinin rəisi Ərdəm Gül barədəki hökmlərinə kəskin etiraz edərək, Ankara başçılarının bu məsələni yenidən nəzərdən keçirmələrini istəyib.

Rəəd Əl-Hüsəyn media mənsublarının, o sıradan jurnalistlərin həbs, mühakimə və zindana atılmalarının terrorizmlə mübarizə adı altında və sırf olaraq, onların öz qanuni vəzifələrini yerinə yetirmələrinə görə həyata keçirilməsini beynəlxalq hüquq normalarına zidd adlandırıb və bildirib ki, jurnalist və müxbirlərin vəzifəsi, cəmiyyətin müxtəlif təbəqələrinin sosial maraqları və həyatlarına aid olan dialoqları stimullaşdırmaqdır.

Teqlər