Rusiya Moskva əleyhinə Vaşinqtonun yeni sanksiyasını tənqid etdi
-
Rusiya Moskva əleyhinə Vaşinqtonun yeni sanksiyasını tənqid etdi
Rusiya Xarici İşlər Nazirliyi bildirib: ABŞ hökumətinin Maqnitski qanununa əsasən sanksiya siyahısını böyütməsi Moskva və Vaşinqtonun əlaqələrinə zərbə vurur.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Rusiya XİN-in bəyanatında Amerikanın siyasətləri tənqid edilərək əlavə olunur: Amerika özü insan haqlarını geniş şəkildə pozur. Onun bariz nümunəsi Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi Tərəfindən oğurlanmış iki Rus vətəndaşı Konstantin Yaruşenko və Roman Seleznyovun kədərli vəziyyətidir. Bundan əlavə Amerika polisinin özbaşına və irqçilik hərəkətlərinin şahidiyik.
Rusiya XİN sonda bildirib ki, Vaşinqtonun yeni sanksiyalarına reaksiya olaraq ABŞ-ın 5 rəsmisinə sanksiya tətbiq edir və bu şəxslərin Rusiyaya səfəri qadağan elan olunur.
Amerika bazar ertəsi günü Rusiyanın 5 vətəndaşını insan haqlarını pozması və 2012-ci ildə təsdiqlənən qanuna əsasən sanksiyalar siyahısına əlavə edib.