Rusiya Kurill adalarında hərbi təlimlər keçirir
Rusiya Şərqi Hərbi Məntəqəsinin sözçüsü bu ölkənin Kurill adalarında hərbi təlimlərə başladığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının Sputnik Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Rusiyanın Şərqi Hərbi Məntəqəsinin sözçüsü Aleksandr Qordiyev çərşənbə günü bu ölkənin Oxotsk dənizində Kurill adalarında hərbi təlimlərə başladığını bildirərək onu terrorizmə qarşı hərbi əməliyyat adlandırıb.
Qordiyev əlavə edib: Bu hərbi təlimlərdə hərbi hava qüvvələri pulemyot və arsenaldan istifadə etməklə terrorçuların fərz olunan mövqelərini hədəfə alırlar.
Aleksandr Qordiyev həmçinin Kurill adası hərbi təlimlərində helikopterlərdən də istifadə olunduğunu deyib.
Bu hərbi təlimlərlə yanaşı qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ötən çərşənbə axşamı Rusiyanın Yaponiya ilə sülh anlaşması imzalamasının Kurill adaları barəsində iki ölkənin ərazi münaqişəsi ilə əlaqəsi yoxdur.