Fev 05, 2016 17:19 Asia/Baku
  • Nigeriyanın Zaria şəhərində kütləvi müsəlman qəbri aşkarlanıb
    Nigeriyanın Zaria şəhərində kütləvi müsəlman qəbri aşkarlanıb

Nigeriyalı fəallar bu ölkədə kütləvi müsəlman qəbrinin aşkarlanmasından xəbər veriblər.

Fars xəbər agentliyinin məlumatına görə, nigeriyalı fəallar cümə günü bildiriblər ki, Nigeriyanın "Mando Kadona" qəbiristanlığında aşkar edilmiş kütləvi qəbir bu ölkə ordusunun Kadona əyalətində yerləşən Zaria şəhərində öldürdüyü müsəlmanlardan min nəfərdən çoxunun basdırıldığı kütləvi qəbirlərdəndir.

Nigeriya ordusunun ötən ay Kadona əyalətində yerləşən Zaria şəhərində müsəlmanlara qarşı hücumu hələ də rezonans doğurmaqdadır və faciənin dərinliyinə görə, Human Rights Watch təşkilatı da Nigeriya hərbçilərinin müsəlmanlara qarşı qanlı hücumunu pisləyibdir.

Bu ölkənin ordu qüvvələri 2015-ci ilin dekabr ayının 12-dən 14-dək Zaria şəhərində Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Əlzəkzakinin mənzilinə və bu ölkədəki bir neçə hüseyniyyə hücum edərək, bu müsəlman liderini yaralayıb həbs etməkdən əlavə, yüzlərlə müsəlmanı da qətlə yetiriblər.

Qeyd edək ki, Nigeriya İslam Hərəkatının rəhbərinin taleyi qaranlıq vəziyyətdə qalmaqda davam edir.

Teqlər