Nigeriya xalqı aksiya keçirib
-
Nigeriya xalqı aksiya keçirib
Nigeriya İslam Hərəkatının üzvü bu ölkə xalqının həmin hərəkatın liderinin həbs olunmasına qarşı aksiyasının davam etməsindən xəbər verib.
Nigeriya İslam Hərəkatının üzvü "Həsən Bala" Mehr xəbər agentliyi ilə müsahibədə deyib ki, Nigeriya xalqının bu ölkənin islami hərəkatının rəhbəri Şeyx İbrahim Əlzəkzakinin həbsinə etiraz olaraq keçirilən aksiyaları bütün məntəqələrdə və durmadan davam edir.
Həsən Bala əlavə edib: Diqqətəlayiq məsələ budur ki, Nigeriya xalqının Şeyx İbrahim Əlzəkzakini himayə aksiyası təkcə bu ölkə müsəlmanları ilə məhdudlaşmır və bir çox nigeriyalı xristian da onu himayə istiqamətində aksiya keçirir.
Nigeriya İslam Hərəkatının üzvü bu ölkə dövlətinin Əlzəkzakinin ailəsinin onunla görüşü məsələsi qarşısındakı mövqeyi ilə bağlı suala cavabda deyib: İndiyədək Şeyx Əlzəkzakinin ailəsi onunla görüşməyə müvəffəq olmayıb, amma İslam Alimləri Cəmiyyətinin məşvərətləri ilə bu hadisənin gələcəkdə baş verməsi mümkündür.
Ordu qüvvələri 2015-ci il dekabrın 12-dən 14-dək Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Əlzəkzakinin Kadona əyalətinin Zaria şəhərindəki mənzilinə və bir neçə hüseyniyyəyə hücum edərək, onu yaralayıb, həbs edərək, bu şəhər müsəlmanlarından təqribən iki min nəfəri öldürüblər. 705 nəfər də itkin düşübdür.
Həmçinin Nigeriya İslam Hərəkatı rəhbərinin taleyi qaranlıq qalmaqda davam edir.