Avropada miqrasiya böhranı davam edir
Fev 28, 2016 14:17 Asia/Baku
Miqrantların Avropa ölkələrinə daxil olması üçün payların təyin edilməsinin davamında, Xorvatiya Daxili İşlər Nazirliyi miqrantların bu ölkəyə girişi ilə bağlı səhmin müəyyən edilməsindən xəbər verib.
Xorvatiyanın Daxili İşlər Nazirliyi bildirib: Xorvatiya gün ərzində yalnız 580 mühacirə bu ölkə sərhədlərindən keçmək icazəsi verəcək.
Sloveniya və Serbiyanın öz sərhədlərindən keçməsi üçün belə bir limit təyin etmələrinin ardınca, Xorvatiya da mühacirlərin bu ölkə sərhədlərindən keçməsi üçün belə bir məhdudiyyət təyin etdiyini bildirib.
Sloveniyanın Daxili İşlər Nazirliyi belə bir limitin təyin edilməsi barədə bildirib ki, bu qərar ötən həftə Balkan ölkələri və Avstriyanın iştirakı ilə keçirilən iclasda qəbul edilib.