BMT Avropada miqrantlarla pis rəftarı tənqid edib
-
BMT Avropada miqrantlarla pis rəftarı tənqid edib
BMT-nin insan haqları ali komissarı Avropada miqrantlarla pis rəftarı tənqid edib.
Fransa İnformasiya Agentliyinin Cenevrədən verdiyi məlumata görə, BMT-nin insan haqları ali komissarı Zeyd Rəd əl-Hüseyn bazar ertəsi günü bildirib: Öz ölkələrində zorakılıq və de-stabilliklə üzləşən miqrantlar Avropaya çatan kimi günü-gündən artan pis rəftar və ksenofobiya qarşılaşırlar.
BMT-nin ali komissarı Avropada öz nifrət dolu açıqlamaları ilə ksenofobiyanı qızışdıran bəzi Avropa başçılarını tənqid atəşinə tutub.
BMT-nin insan haqları ali komissarı bildirib: Avropaya sığınan ümidsiz miqrantlar qarşısında sərhəd maneələri yaratmaq çox dərdli və nəticəsiz tədbirdir.
BMT-nin ali komissarı həmçinin əlavə edib: Avropada miqrantlar əleyhinə aparılan irimiqyaslı mənfi təbliğatın əksinə olaraq, onlar Avropa cəmiyyətləri üçün heç bir təhdid hesab olunmurlar.
Bir neçə Avropa ölkəsi, o cümlədən Avstriya və həmçinin Balkan ölkələri miqrantların gediş-gəlişiə çoxlu məhdudiyyətlər yaratmışlar.