3 ukraynalı hərbçi öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i209803-3_ukraynalı_hərbçi_öldürülüb
Ukrayna prezidenrtinin sözçüsü bu ölkənin şimalında Rusiyanın dəstəklədiyi silahlı müxaliflərlə toqquşmanın nəticəsində üç hərbçinin öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2016 06:43 Asia/Baku
  • 3 ukraynalı hərbçi öldürülüb
    3 ukraynalı hərbçi öldürülüb

Ukrayna prezidenrtinin sözçüsü bu ölkənin şimalında Rusiyanın dəstəklədiyi silahlı müxaliflərlə toqquşmanın nəticəsində üç hərbçinin öldürülməsindən xəbər verib.

İnterfaks-ın məlumatına görə, Andrey Lisenko deyib: Ötən sutka ərzində azı üç ukraynalı həbrçi ordunun Donbas məntəqəsində keçirdiyi əməliyyatda öldürülüb və on dörd nəfər də yaralanıbdır.

Onun sözlərinə görə, bu üç hərbçi onları daşıyan avtomobilin mina ilə toqquşması nəticəsində ölübdür.

Bu məntəqədə kövrək atəşkəs Minsk razılaşmasının bir hissəsidir ki, 2015-ci ilin fevralında Rusiya, Almaniya və Fransa başçılarının vasitəçiliyi ilə Ukrayna dövləti ilə Rusiyanın dəstəklədiyi silahlı müxaliflər arasında imzalandı.

Ukraynanın şərqi 2014-cü ilin aprelindən ordu ilə yaraqlı müxaliflər arasında döyüş səhnəsidir və indiyədək bu döyüşlərdə 9 min nəfər öldürülübdür.