Türkiyə XİN sözçüsü Lavrovu tənqid edib
-
Türkiyə XİN sözçüsü Lavrovu tənqid edib
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyə-Suriya sərhədlərinin bağlanmasını zəruri bilən Rusiyanın xarici işlər nazirini kəskin tərzdə tənqid edib.
Türkiyənin TRT telekanalının internet portalının məlumatına görə, Tanju Bilgiç deyib: Rusiyanın xarici işlər naziri Sergey Lavrovun humanitar yardımlar karvanları adı altında Türkiyədən Suriyaya silahın göndərilməsi haqdakı sözləri qərəzli iddiadır və Ankara bu sözləri ciddi tutmur.
Bilgiç söyləyib: Gözlənildiyinə görə, martın 9-da başlanacaq Suriya sülh müzakirələrinin keçirilməsi üçün bu ölkədə döyüşlərin dayandırılması zəruridir.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Rusiya ordusunun Suriyadakı bombardmanlarından nigaranlıq edərək, deyib ki, bu bombardmanların davam etməsi müzakirələrin başlanması qarşısında bir maneə ola bilər.
Bilgiç deyib ki, Rusiyanın insan haqları sahəsindəki keçmişi tamamilə aydındır.
Lavrov çərşənbə axşamı günü Cenevrədə BMT İnsan Haqları Şurasının yığıncağında deyib ki, Türkiyə birbaşa surətdə Suriyadakı terror qruplarına dəstək verir və bu ölkənin hərəkətləri bir neçə gün bundan öncə icraya qoyulmuş Suriya sülh planını təhlükəyə salıbdır.
O, sonra deyib: Hazırkı şəraitdə əsas hədəf, Suriyadakı terror qruplarının xaricdən silahla təmin olunmalarıının qarşısının alınmasıdır və qaçaq silah yüklərinin terrorçulara göndərildiyi Suriya-Türkiyə sərhədi bağlanmalıdır.