Avropa Şurası sədrinin xəbərdarlığı
Avropa Şurasının sədri gəlir əldə etmək və iqtisadi problemlər üzündən bu qitəyə səfər edən mühacirlərə xəbərdarlıq edib.
IRNA-nın Financial Times qəzetinə istinadlı məlumatına görə, Avropa Birliyinin mühacirlər böhranı barədə gələn həftə keçiriləcək fövqəladə iclasına təşkilatçılıq edəcək Donald Tusek iqtisadi mühacirlərdən istəyibdir ki, Egey dənizindən Yunanıstana keçid prosesini dayandırsınlar.
Tusek Avropa Birliyinin mühacirlər böhranına reaksiya tərzi sahəsində koordinasiyalar üzrə birbaşa məsul şəxs kimi belə deyib: Bu birliyə üzv ölkələr daha iqtisadi mühacirlərə Avropanın şimalındakı ölkələrə, sonda isə Almaniyaya getmək icazəsi verməyəcəklər.
Avropa Birliyinin bu rəsmisi cümə axşamı günü Afinada Yunanıstanın baş naziri Aleksey Sipras ilə görüşdən sonra deyib: Hər bir ölkədən Avropaya gələn bütün qanunsuz iqtisadi mühacirlərdən istəyirəm ki, daha Avropaya gəlməsinlər və heç bir digər Avropa ölkəsi tranzit olmayacaqdır.
Amerikanın və onun bəzi qərbli və regional müttəfiqlərinin dəstəkləri və hərbi müdaxilələrilə Yaxın Şərqdə və Afrikanın şimalında baş vermiş çaxnaşma və müharibə hərbi mühacir və didərginlərin sayının artması ilə nəticələnibdir.
Bəzi ölkələrdə sərhəd tədbirlərinin şiddətlənməsi nəinki mühacirlər böhranını azaltmayıb, əksinə bir çox hallarda hətta şəraiti daha da ağırlaşdırıbdır.