Nigeriyanın şimal-şərqində 22 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i211342-nigeriyanın_şimal_şərqində_22_nəfər_həlak_olub
Nigeriyanın şimal-şərqində Maiduguri şəhərinin ətrafında bir məscidə iki kamikadzenin hücumu nəticəsində ən azı 22 namaz qılan həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2016 13:47 Asia/Baku
  • Nigeriyanın şimal-şərqində 22 nəfər həlak olub
    Nigeriyanın şimal-şərqində 22 nəfər həlak olub

Nigeriyanın şimal-şərqində Maiduguri şəhərinin ətrafında bir məscidə iki kamikadzenin hücumu nəticəsində ən azı 22 namaz qılan həlak olub.

Associated Pressin məlumatına görə, Nigeriyanın Fövqəladə Halların İdarəçiliyi Agentliyində adının çəkilməsini istəməyən bir rəsmi bildirib: Kamikadzelərdən biri üzərindəki partlayıcı qurğunu məscidin içində işə salıb və ikinci kamikadze isə 1-ci partlayışdan sonra namaz qılanların məsciddən çıxdığı zaman üzərindəki partlayıcını partladıb.

O deyib: Bu iki partlayışda ən azı 22 nəfər həlak olub, 17 nəfər də yarlanıb. Yaralılar xəstəxanaya köçürülüb.

Bir neçə gün öncə də Nigeriyanın Kano əyalətində Boko Haram terror qruplaşmasının törətdiyi bir bomba partlayışı nəticəsində 3 sivil həlak olmuŞ 7 nəfər də yaralanmışdı.

Boko Haram qruplaşması indiyə qədər Nigeriya və qonşu ölkələrdə 17 mindən çox insanı qətlə yetirmişdir.