Türkiyə İraqda İŞİD-in mövqelərini bombalayır
https://azeri.sahartv.ir/news/dünya-i215785-türkiyə_İraqda_İŞİd_in_mövqelərini_bombalayır
Türkiyənin İraqın şimalında İŞİD-in mövqelərinə qarşı hücumlarında bir qrup terrorçu öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2016 13:37 Asia/Baku
  • Türkiyə İraqda İŞİD-in mövqelərini bombalayır
    Türkiyə İraqda İŞİD-in mövqelərini bombalayır

Türkiyənin İraqın şimalında İŞİD-in mövqelərinə qarşı hücumlarında bir qrup terrorçu öldürülüb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə ordusu çərşənbə günü bildirib ki, İraqın şimalında İŞİD terrorçularının mövqelərinə hava hücumları zamanı 32 terrorçu öldürülüb.

Türkyə ordusu İŞİD terrorçularının Mosulun şimal-şərqində kürd yaraqlılarının təlim düşərgələrindən birini hədəfə almasının ardınca İŞİD-in mövqelərinə havadan zərbələrin endirildiyini bildirib.

Türkiyənin təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, ötən 9 ayda İraqın şimalında terrorçuların mövqelərinə edilən hava hücumlarında təqribən 5000 terrorçu öldürülüb. Terrorçulara qarşı əməliyatlar zamanı isə Türkiyənin 400 təhlükəsizlik qüvvəsinin həlak olduğu bildirilir.