İstanbulda fəhlələrlə polis arasında qarşıdurma baş verib
-
İstanbulda fəhlələrlə polis arasında qarşıdurma baş verib
Türkiyənin İstanbul şəhərində fəhlələr günü aksiyası polisin müdaxiləsi ilə qarşıdurmaya gətirib çıxarıb
İRNA-nın verdiyi məlumata görə, İstanbul polisi bu gün Beşiktaş və Divanyolu istiqamətlərindən Taksim meydanına girmək istəyən aksiyaçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
aksiyaçılar Polisin hücumundan sonra hökumətə qarşı şuarlar səsləndirərək Taksim meydanına yaxın küçələrə səpələniblər.
Bu məlumata görə, İstanbul icra hakimiyyəti bildirib ki, şəhərdə təhlükəsizliyin bərqərar olunması və eytimal olunan iğtişaşların qarşısının alınması üçün 25 min polis əməkdaşı hazır vəziyyətdədir.
Bu gün səhər çağından etibarən İstanbulun Taksim meydanına gedən yollar bağlanılıb
Taksim meydanı metro stansiyası da bu gün üçün tam fəaliyyətini dayandırıb.
Türkiyədə ümumdünya fəhlələr günü mərasimi bir neçə ildir ki, hökumətə qarşı etiraz aksiyaları və polisin həmin aksiyalar müdaxiləsi ilə yadda qalır.