May 09, 2016 20:06 Asia/Baku
  • Amerikalı hərbçilərin Yəmənə daxil olmaları pislənildi
    Amerikalı hərbçilərin Yəmənə daxil olmaları pislənildi

ABŞ hərbçilərinin Yəmənə ezam olunmaları pislənilib.

Amerikalı hərbçilərin Yənmənin cənubunda əl-Ənd hərbi bazasına daxil olması böyük qalmaqala səbəb olub. Ənsarullah Hərəkatına bağlı İnqilab Komitəsi Amerikanın iştirakını müstəmləkəçilik adlandırıb və Yəmən Alimlər Şurası da Yəməndə Amerika qüvvələrinə qarşı cihadın aparılmasını istəyib.

Yəmən Alimlər Şurasının üzvü deyib: Amerika hərbçilərinin Yəmən ərazisinə təcavüzü qarşısında Yəmən Alimlər Şurasının mövqeyi və reaksiyası Allah yolunda müqəddəs cihada dəvətdir.

Yəməndə hərbi qarşıdurmalar şiddətlənib və təcavüzkar təyyarələr 5 dəfə Nəəm bölgəsini bombalayıblar. Nəticədə 7 nəfər həlak olub və yaralanıb. Həmçinin İmran vilayətinin Hərf Süfyan məntəqəsi də 5 dəfə hava hücumuna məruz qalıb. Daxili cəbhələrdə də qarşıdurmalar şiddətlənməkdədir.

Ənsarullah Hərəkatının üzvü bildirib: Bu gün səhərdən Yəmənə hərbi hava hücumlarının yenidən başlanması mütləq, təhlükəli hərəkətdir. Biz beynəlxalq ictimaiyyət və BMT-yə bu təhlükəli hərəkətə görə etiraz etmişik. Fikrimizcə, bu təcavüzlər Küveyt Sülh Danışıqlarının məğlubiyyəti ilə nəticələnəcək.

Küveytdə Yəmən Sülh Danışıqları birbaşa müzakirələrin dayandırılması ilə çətin mərhələyə çatıb.

BMT-nin Yəmən üzrə nümayəndəsi İsmayıl Vələd Şeyx müzakirə tərəflərini qarşıdurma və müharibəyə son qoymağa və öz tələblərindən geri çəkilməyə çağırıb.

Siyasi müşahidəçilərin fikrincə, Amerika hərbçilərinin Yəmənə daxil olması və quru və hava hücumlarının artması Küveyt müzakirələrinin bir dövr istirahət olduğunu və irimiqyaslı qarşıdurmaların davam edəcəyini göstərir.

Teqlər